14 may 2014-cü il tarixində Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Qadınlar Şurasının konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə YAP Yasamal Rayon Təşkilatının sədri professor Fikrət İsmayılov açmış, konfrans iştirakçılarını salamlamış və qeyd etmişdir ki, bu konfrans çox əlamətdar tarixi günlərə – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü Respublikamızda eləcə də dünyanın ayrı-ayrı ölkələrində yüksək təntənələrlə qeyd etdiyimiz bir vaxta təsadüf edir.
Konfransda təşkilati məsələyə baxılmış, səsvermə yolu ilə YAP Respublika Qadınlar Şurasının konfransına 24 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir.