02 may 2014-cü il tarixində Bakı Biznes Universitetində YAP Yasamal Rayon Təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri, prof. Fikrət İsmayılov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs etmiş, Azərbaycan Dövlətinin banisi Ümummilli Lider, Xalqımızın xilaskarı Heydər Əliyevin misilsiz dövlət quruculuğundan danışmışdır.
Məruzə ətrafında BBU-nun rektoru, i.e.d., prof. İbad Abbasov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, YAP Yasamal Rayon Təşkilatının sədr müavini Rasim Nəbiyev çıxışlar etmişlər.
Konfransda həmçinin Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiyaçılara partiya biletləri təqdim edilmişdir. Konfransda Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü ilə bağlı YAP Yasamal Rayon Təşkilatı tərəfindən keçirilən “Heydər Əliyev – Müstəqil Azərbaycan Dövlətinin yaradıcısıdır” mövzusunda məqalə müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və pul mükafatları təqdim edilməsi mərasimi olmuşdur.