Bakı Biznes Universitetində iyunun 13-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə birgə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov “Milli Qurtuluş Günü”nün mahiyyəti ilə bağlı toplantı iştirakçılarını məlumatlandırmışdır. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, prof. F.İsmayılov 1992-1993-cü illərdə baş verən hadisələrlə bağlı ətraflı məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir. Daha sonra BBU-nun prorektoru, dos. S.Əmirxanov “15 iyun – Milli Qurtuluş Günü”nün gənc nəslin hərtərəfli formalaşması və tərbiyəsi istiqamətində mühüm əhəmiyyəti barəsində çıxış etmişdir.