Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Biznes Universitetində 05 oktyabr 2018-ci il tarixində təntənəli tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov 1994-cü ildə təsis edilən Ümumdünya Müəllimlər Günü münasibətilə professor-müəllim heyətini təbrik etmişdir. Daha sonra Azərbaycan Sahibkarlıq,Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti tərəfindən rektor i.e.d., prof. İ.M. Abbasov Həmkarlar İttifaqının işində yaxından iştirakına görə Fəxri Fərmanla təltif edildi.