08 noyabr 2018-ci il tarixində Bakı Biznes Universitetində “09 noyabr – Dövlət Bayrağı Günü” və “12 noyabr – Konstitusiya Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin prorektoru dos. Sabir Əmirxanov açaraq tədbir iştirakçılarını salamlamış, belə tədbirlərin Universitetdə ənənəvi xarakter aldığını və gənclərin hərtərəfli formalaşmasında əhəmiyyətini qeyd etmişdir. Daha sonra Bakı Biznes Universitetinin professoru, tarix elmləri doktoru İkirəm Ağasiyev hər iki bayram haqqında tarixi faktləra istinad edərək ətraflı məlumat verdi. Mövzu ilə əlaqədar tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı.