Bakı Biznes Universitetinin magistrantlarına AMEA İqtisadiyyat İnstitutunun sertifikatı verilib
Aprelin 7-də AMEA İqtisadiyyat İnstitutunda yüksək səviyyədə təcrübə-təlim keçmiş Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatının təqdimatı mərasimi keçirilib.
Bakı Biznes Universiteti ilə AMEA İqtisadiyyat İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Universitetin tələbə və magistrlərinə İqtisadiyyat İnstitutunun tədqiqatçı alimləri tərəfindən 1 ay müddətində tədqiqat metodlarından istifadə üzrə təlimlər və praktiki təcrübələr keçirilmiş, İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşlar. Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasovun da iştirak etdiyi tədbiri AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli açıb və gənc tədqiqatçılara uğurlar arzu ediblər. Daha sonra magistrantlarla təcrübə-təlimi və onun yekun nəticələri ətrafında maraqlı müzakirələr aparılıb. Tədbirin yekununda bilik və bacarıqlar üzrə aparılan qiymətləndirməyə əsasən göstərdikləri yüksək nəticələrə görə Bakı Biznes Universitetinin tələbə və magistrlərinə AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli tərəfindən sertifikatlar təqdim olunub.