27 dekabr 2018-ci il tarixində Bakı Biznes Universitetin Elmi Şurasının növbəti iclası keçirilib. Geniş tərkibdə keçirilən iclasda Elmi Şura üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, Universitetin rektoru i.e.d., prof. İ.M.Abbasov hər kəsi salamlayıb və sözü elmi katib i.f.d. Ş.T.Musayevə verib. Elmi katib iclasın gündəliyini iştirakçılara elan edib və əlavə edib ki, gündəlikdəki əsas məsələ Universitetin 2014-2018-ci illər Strateji İnkişaf Planının 5 illik hesabatının dinlənilməsi və təsdiq edilməsidir. Daha sonra rektor Strateji İnkişaf Planının yerinə yetirilməsi üzrə hesabatla çıxış edərək dövr ərzində həyata keçirilən fəaliyyətlər, tədbirlər, təşəbbüslər, nailiyyətlər haqqında məlumat verib. Elmi Şura iştirakçıları tərəfindən Strateji İnkişaf Planının icrası yüksək qiymətləndirilib.
5 illik Strateji İnkişaf Planının (2014-2018-ci illər üzrə) icrasına dair hesabat