Doktorantların və gənc tədqiqatçıların nəzərinə!

15–16 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı – NASCO 29” keçiriləcək.

Konfrans doktorant və gənc tədqiqatçıların elmi nəticələrinin təqdim olunması, elmi fikir mübadiləsinin aparılması və tədqiqatçılar arasında akademik əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.

Bakı Biznes Universitetinin doktorantlarını və gənc tədqiqatçılarını konfransda fəal iştiraka dəvət edirik.