Aprelin 18-də Bakı Biznes Universitetində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Biznesin (müəssisənin) qiymətləndirilməsinin nəzəri-metodoloji problemləri və onun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq biznesin qiymətləndirilməsinin nəzəri-metodoloji əsasları və onun tənzimlənməsi problemləri haqqında öz fıkirlərini bildirmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin üzvü, Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının idarə heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı konfransın mövzusu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Konfransda verilən suallara ətraflı cavablar verilmiş, bu sahədəki perspektivlər haqqında təkliflər irəli sürülmüşdür.