Bakı Biznes Universitetinin nümayəndə heyəti Gaziantep Universiteti və MUFAD-ın (Mühasibat və Maliyyə Təhsili Üzvlərinin Elm və Araşdırma Dərnəyi) birgə təşkilatçılığı ilə 2012-ci il 31 may – 2 iyun tarixlərində Türkiyənin Gaziantep şəhərində mühasibat uçotu və maliyyə-peşə fəaliyyətinə həsr olunmuş “Mühasibat Uçotu və Maliyyə İmkanları və Onilliyə Çağırış” mövzusunda ilk Beynəlxalq Simpoziumda iştirak etmişdir.